Xəzər dənizinin sahilində yerləşən dövlətlər - Azərbaycan, İran, Qazaxıstan Türkmənistan respublikaları və Rusiya Federasiyası tarixən əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük verərək Xəzər dənizinin hüquqi statusunu müəyyən edilməsində çox mühim addımlar atıb ciddi nəticələr əldə ediblər və VI zirvə toplantısında əldə olunmuş anlaşmaların inkişaf etdirilməsinin davamıdır.Xəzəryanı dövlətlərlə qarşılıqlı anlaşmaya və fəaliyyətlə böyük üstünlük verən ölkəmiz ölkələr arası iqtisadi əlaqələrin gücləndirilməsində, Xəzərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaxından iştirak edir və bu yöndə bir sıra proqramlar həyata keçirilir. Türkmənistan dövlətinin təşəbbüsü ilə başlayan sammit 2002-ci ildə ilk dəfə elə Türkmənistanda keçirilmişdir. Həmin görüşdə Ulu Öndər Heydər Əliyev iştirak etmişdir. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi çox böyük əhəmiyyət kəsb edir. Belə ki, ekoloji təmizlik balıq ovlama, cinayətlərin törədilməsinin qarşısı alınması qəbul olunmuş xəzər dənizinin hüquqi statusu haqqında qanunlarla tənzimləndi. VI zirvə toplantısında Xəzəryanı dövlətlər in toplantısına ev sahibliyi edən Türkmənistan Respublikasının Prezidenti toplantını açdıqdan sonra çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə verdi. İllərdir öz ağıllı, müdrik, uzaqgörən, siyasəti ilə ölkəni zirvələrə daşıyan, dünyaya tanıdan Prezidentimiz toplantı toplantı iştirakçılarını salamladıqdan sonra doğum günü olan toplantının keçirildiyi günə təsadüf edən Türkmənistanın keçmiş Prezidentini təbrik etməyi də unutmadı. Prezident İlham Əliyev Xəzər dənizinin son zamanlar dayazlaşmasının və ekoloji baxımdan çirklənməsinin qarşısını alınması üçün mühüm addımların atılmasının vacibliyini diqqətə çatdırdı. Xəzəryanı dövlətlərin bir-birinin işinə qarışmamaq şərti ilə qarşılıqlı əməkdaşlıq etmələrinin dövlətlər üçün böyük əhəmiyyəti olduğunu vurğuladı.Biz ölkə Prezidentimizə və onun apardığı siyasətə güvənirik və etibar edirik. Atdığı hər addım, qəbuk etdiyi hər qanun ölkə əhalisinin və onun gələcəyini daha gözəl qurması üçün hedablanır.Fiqurə Rüstəmova,Xocalı rayon ziyalısı